XƏBƏRLƏR / Təbiət

Bu gün maqnit qasırğası olacaq

TASS xəbər verir

Bu gün maqnit qasırğası olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bazar günü Günəş plazmasının böyük kütləsinin planetimizə atılması ilə müşayiət olunan güclü günəş partlayışından sonra Yerdə maqnit qasırğası gözlənilir.

    Bu barədə TASS informasiya agentliyi Rusiya Elmlər Akademiyasına istinadən məlumat yayıb.

    Maqnit qasırğasının nisbətən zəif olacağı bildirilib.

    Günəşdə baş verən alışma M8,5 bal gücündə olub. Bugünkü maqnit qasırğası böyük ehtimalla G1 səviyyəsini keçməyəcək.