Muğlanın (Türkiyə) Marmaris rayonunda baş verən meşə yanğını hava və yerüstü müdaxilə ilə nəzarət altına alınıb.
Quru yolu ilə əlçatmaz olan sahil bölgəsi Yalancıboğaz ərazisində dünən başlayan və sonradan geniş əraziyə yayılan yanğın gecə boyu yerdən və havadan gecəgörmə sistemi ilə təchiz olunmuş helikopterlərlə söndürülüb. Sübh tezdən digər təyyarələr də yanğının söndürülməsinə qoşulub.
Yanğın 217 nəfərlik heyət, 7 təyyarə və 16 helikopter tərəfindən söndürülür. Yolun olmaması səbəbindən Aksaz Hərbi Dəniz Bazası Komandanlığının desant gəmiləri ilə əraziyə su tankerləri daşınıb.
Sahil mühafizəsi qayıqları da hadisə yerinə gəlib və böyük su toplarından istifadə edərək yanğının söndürülməsinə kömək edib.
Yanğınsöndürmə briqadalarının hava və yerüstü müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.
1 dəqiqə