Türkiyənin Tokat vilayətində zəlzələ baş verib.
Zəlzələ 5,6 bal gücündə zəlzələ olub.
Sulusaray bölgəsində baş verən zəlzələ 5,99 kilometr dərinlikdə qeydə alınıb.
Sulusaray rayonunun bələdiyyə sədri bildirib ki, bir kənddə bəzi evlər zərər görüb.
Zəlzələ bir çox vilayətlərdə hiss olunub.
Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında ərazidə araşdırmalar başladığını bildirib. "Allah ölkəmizi və millətimizi bəlalardan qorusun”, - o qeyd edib.