XƏBƏRLƏR / Təbiət

İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib YENİLƏNİB

Əsas zəlzələdən sonra təkrar təkanlar qeydə alınıb FOTO

İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:56

    İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb.

    36 nəfər ağır yaralanıb, daha 77 nəfər isə yüngül xəsarət alıb. Təhlükəli zonadan təxminən 5000 nəfər təxliyə edilib.

    Bölgədə 341 afterşok qeydə alınıb.

    ***

    15.08.2026 20:50

    İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

    Xarici medianın məlumatına görə, təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

    Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.

    ***
    15:35

    İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.

    Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

    ***

    10:43

    İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib.

    Ən azı 20 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

    Zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

    Əsas zəlzələdən sonra təkrar təkanlar qeydə alınıb.