İndoneziyada zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
İndoneziya sahillərində 5,1 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 47 700 nəfərin yaşadığı Luvuk şəhərindən 76 kilometr şimal-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.