Sədərəkdə evləri su basdı VİDEO

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü c səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə ilə əlaqədar FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə cəlb olunan Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

    Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.