Ermənistanda baş verən zəlzələ Ordubadda hiss olunub
Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir
İyulun 15-də Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yerli vaxtla saat 10:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad stansiyasından 29 kilometr şimalda - Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub