XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələ: 22 nəfər yaralandı

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb

Türkiyədə zəlzələ: 22 nəfər yaralandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Malatya vilayətində baş verən zəlzələ zamanı 1 qəzalı bina dağılıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

    O qeyd edib ki, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

    "Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", - nazir bildirib.