Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli
 
                                Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O daha sonra vurğulayıb ki, "Zəlzələdən sonra Lənkəranda bir sıra kiçik təkanlar qeydə alınıb. Bu barədə xəbərdarlıq etdik. Bu zəlzələ keyfiyyətsiz tikilmiş evlərdə çatların yaranmasına səbəb olub.
Zəlzələ Qarabağda da 3 bala qədər hiss olunub.
Yer qabığında enerjinin yığılması tədricən sərbəst buraxıldı və indi bu zona sakitdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur.
Azərbaycan seysmik zonada yerləşdiyindən hər gün seysmoloji təkanlar qeydə alınır. Amma Lənkəranda baş verən zəlzələ başqa mənbələri aktivləşdirə bilmir".
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            