XƏBƏRLƏR / Təbiət

İlin ilk Günəş tutulması başlayıb

Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq

İlin ilk Günəş tutulması başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlin ilk Günəş tutulması hadisəsi başlayıb.

    Bu, qismən Günəş tutulmasıdır.

    Günəş tutulması saat 16:43:25-də sona çatacaq.

    Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

    Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

    Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.