XƏBƏRLƏR / Təbiət

Türkiyədəki zəlzələnin dağıdıcılıq səviyyəsi açıqlandı

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar danışıb

Türkiyədəki zəlzələnin dağıdıcılıq səviyyəsi açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 6-da Türkiyədə baş vermiş iki ardıcıl zəlzələnin dağıdıcılıq səviyyəsi qiymətləndirilib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar danışıb.

    Onun sözlərinə görə, ilk zəlzələ 11, ikinci zəlzələ isə 10 ballıq dağıdıcılıq dərəcəsinə malik olub.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.