Adanada 4,4 bal gücündə zəlzələ baş verib
Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb
Türkiyəni sarsıdan zəlzələlərin dağıntılara səbəb olduğu əyalətlərdə yeraltı təkanlar davam edir. Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda yerli vaxtla saat 03:56-da 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ təxminən 7 kilometr dərinlikdə olub.
Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra yeraltı təkanlar davam edir. Kahramanmaraşın Göksun rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Qaziantep Nurdağında da 4,5 bal gücündə zəlzələ baş verib.