XƏBƏRLƏR / Təbiət

Quba və Xaçmazın kəndlərindəki yanğınlar söndürülüb

YENİLƏNİB

Quba və Xaçmazın kəndlərindəki yanğınlar söndürülüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 23:45

    Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

    Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.

    ***

    16:09

    Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.

    Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

    FHN bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

    ***

    15:52

    Xaçmaz rayonunun dörd kəndində yanğın başlayıb.

    Rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində və İstisu qəsəbəsində kol-kos, qamışlıq ərazilərdə yanğın baş verib.

    Qeyd edilən ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran DYMH-lərinin briqadaları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Qeyd edək ki, hazırda Xaçmaz rayonunda güclü külək müşahidə olunur.