XƏBƏRLƏR / Təbiət

Lənkəranda güclü zəlzələ - 5,2 bal YENİLƏNİB

Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib

Lənkəranda güclü zəlzələ - 5,2 bal YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 19:32

    Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    ***

    18:15

    Lənkəranda zəlzələ olub.

    Yerli vaxtla saat 17:23-də Lənkəranda zəlzələ qeydə alınıb. Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib.

    Yerin 18 km dərinliyində baş verən zəlzələ cənub rayonlarında hiss olunub. Zəlzələnin gücü 5,2 bal olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən əlavə məlumat veriləcəyi bildirilib.