Vladiqafqazda fövqəladə vəziyyət elan olunub
Güclü külək, leysan, dolu düşməsi ilə əlaqədar respublikada çaylarda suyun səviyyəsi qalxıb, daşqın təhlükəsi var.
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqazda və ətraf rayonlarda kəskin hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan olunub.
Güclü külək, leysan, dolu düşməsi ilə əlaqədar respublikada çaylarda suyun səviyyəsi qalxıb, daşqın təhlükəsi var. Elektrik enerjisi, su və qaz təchizatında fasilələr yaranıb.
Sinoptikləri əlverişsiz hava şəraitinin iyunun 20-21-də də davam edəcəyini, küləyin gücünün saniyədə 20-25 metrə çatacağını proqnozlaşdırırlar.