
Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi
Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə – Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib, regionda sunami təhlükəsi elan olunmayıb.
Xatıladaq ki, ötən ayın 23-də Avropanın ən sıx əhaliyə malik şəhərlərindən olan İstanbulda güclü zəlzələ baş vermişdi.