XƏBƏRLƏR / Təbiət

Nepalda yeni daşqın təhlükəsi yaranıb

Yarımsüni gölün bəndi dağılıb

Nepalda yeni daşqın təhlükəsi yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nepalın Çhoçen Xola və Purepu Tsanqpo çaylarının qovuşduğu yerdəki yarımsüni gölün bəndi dağılıb.

    Nepal mediası xəbər verir ki, bəndin dağılması Bhotekoşi çayına daha bir iri su axını ilə bağlı narahatlıq yaradıb.

    Qeyd edək ki, bir gün əvvəl Çinin Su Ehtiyatları Nazirliyi sözügedən gölün bəndinin 72 saat ərzində dağıla biləcəyi barədə təcili xəbərdarlıq edib. Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Orqanı Bhotekoşi çayında suyun səviyyəsinin qalxdığını bildirib. Hökumət gölün dağılamsının potensial təsirini qiymətləndirmək üçün Rasuvadakı Bhotekoşi və ətraf ərazilər üzərində helikopterlər ilə hava kəşfiyyatı aparmağa qərar verib.

    Çinli hidroqeoloqlar gölün suyunun həcminin 2 milyon kubmetrə çatdığını, növbəti 3 gün ərzində isə gölə daha 3 milyon kubmetr su toplaşacağını proqnozlaşdırırlar. Çinin müvafiq qurumları təcili xilasetmə işlərinə kömək etmək və aşağı axında ikinci dərəcəli daşqın risklərini azaltmaq üçün real vaxt rejimində daşqın simulyasiyaları aparır.