Ərdoğandan zəlzələ ilə bağlı açıqlama verdi
Bu barədə dövlət başçısı twitter hesabında yazıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ barədə açıqlama verib. Dövlət başçısı twitter hesabında Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib.
Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib: “Bütün qurumlar işə sürətlə başlayıblar”.
Dövlət başçısı əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir: “İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”.