Ölkənin bəzi çaylarında sululuq artıb
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib
Yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında - Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 santimetr artım qeydə alınıb.