XƏBƏRLƏR / Təbiət

Qazaxıstanda ikinci zəlzələ qeydə alınıb

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib

Qazaxıstanda ikinci zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.

    Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

    "Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.

    Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.

    Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

    Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.