XƏBƏRLƏR / Təbiət

"Wizz Air"in təyyarəsini ildırım vurub

Bu barədə Gürcüstan mənbələri məlumat yayıb

"Wizz Air"in təyyarəsini ildırım vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kutaisidən Praqaya uçan "Wizz Air" aviaşirkətinə məxsus təyyarə ildırım vurduqdan sonra öz hava limanına qayıdıb. Bu barədə Gürcüstan mətbuatı sərnişinlərə istinadən məlumat yayıb.

    Hadisə bu gün baş verib. Sərnişinlərin dediyinə görə, hündürlüyə çatdıqdan az sonra təyyarəyə iki dəfə ildırım düşüb. Vətəndaşlar deyirlər ki, hava gəmisinin üstündən yüksək səs eşidiblər.

    Bildirilir ki, stüardessalar ildırımdan mühafizə sisteminin zədələndiyini və Kutaisiyə qayıtdıqlarını bildiriblər.

    Hələlik nə hava limanı, nə də "Wizz Air" məlumatı şərh edib.