XƏBƏRLƏR / Təbiət

İranda zəlzələ olub, xəsarət alanlar var

Bu barədə İRNA Agentliyi məlumat yayıb

İranda zəlzələ olub, xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Gərmsar şəhərindən 5 kilometr şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.

    Bu barədə İRNA Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, zərərçəkənlər yüngül bədən xəsarəti alıblar. Zəlzələ nəticəsində şəhərin bəzi yerlərində işıq və internet kəsilib. Yeraltı təkanlar Tehranda da hiss olunub.

    Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.