XƏBƏRLƏR / Təbiət

Azərbaycanda zəlzələ olub

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Azərbaycanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub.

    Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

    Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib.