Havay adalarındakı yanğında 338 nəfər itkin hesab olunur
Havay adalarındakı meşə yanğını ABŞ-də əsrin faciəsi adlandırılıb
Havay adalarında avqustun 9-da başlayan meşə yanğınlarında 338 nəfər itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə əməliyyatları zamanı ötən gün 1732 nəfər sağ olaraq tapılıb.
Meşə yanğınlarında ölənlərin sayı sonuncu 115 nəfərdir.
Prezident Co Bayden avqustun 22-də Havay adalarında olub və yanğın zamanı xəsarət alanlara kömək edəcəyinə söz verib.
Xatırladaq ki, Havay adalarındakı meşə yanğını ABŞ-də əsrin faciəsi adlandırılıb.