XƏBƏRLƏR / Təbiət

Ordubadda qaya uçqunu FOTO

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” xəbər yayıb

Ordubadda qaya uçqunu FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib.

    Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

    Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.