BLOQ

Manaf Ağayev oğlunu nazir balası ilə bir tutur?

Manaf Ağayev oğlunu nazir balası ilə bir tutur?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Manaf Ağayevin oğlunu içkili vəziyyətdə maşın sürdüyünə görə 5 sutka həbs ediblər.

    Manaf müəllim bu barədə açıqlama verib. Axırda da deyib ki, qanun qarşısında hamı bərabərdir.

    Deyirəm, adamın dili dinc durmur da. Necə yəni qanun qarşısında hamı bərabərdir? Məsələn, nazir balası ilə mən qanun qarşısında bərabərəm?

    Adama deyərlər, sən kimsən ki, o sözü işlədirsən?

    Bu cümlənin özünə hansı tərəfdən baxsan, 30 sutka iş düşür.