XƏBƏRLƏR / Kriminal

13 il əvvəl törədilmiş qətllə bağlı şəxs saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb

13 il əvvəl törədilmiş qətllə bağlı şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

    Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.