Goranboyda qadın qətlə yetirilib.
Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.
O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.