Kişinyovda atəş açan şəxs adam oğurluğunda ittiham olunur
Bu barədə Tacikistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb
Kişinyov hava limanında atəş açan Tacikistan vətəndaşı ölkəsində adam oğurluğunda ittiham olunur və istintaqdan gizlənir.
TASS xəbər verir ki, bu barədə Tacikistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü il iyunun 23-də “Orienbank”ın sədrinin birinci müavini Şuxrat İsmətulloyev Düşənbədə oğurlanıb, faktla bağlı cinayət işi başlanıb və əməliyyat-istintaq qrupu yaradılıb. İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil cinayətkar dəstənin iştirakçılarından biri Tacikistan vətəndaşı Aşurov Rüstəm Kərimoviç bu cinayəti törətdikdən sonra Türkiyə ərazisindən keçərək Moldovaya qaçıb.