XƏBƏRLƏR / Kriminal

Pakistanda partlayış törədilib, 4 ölü, 20 yaralı var

Bu barədə yerli mətbuat xəbər verir

Pakistanda partlayış törədilib, 4 ölü, 20 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın cənubundakı Bəlucistan əyalətində partlayış törədilib.

    Bu barədə yerli mətbuat xəbər verir.

    Partlayış nəticəsində azı 4 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

    Qeyd edilir ki, avtomobilə qoyulan partlayıcı işə düşüb. Partlayış nəticəində ətrafdakı avtomobillərə və mağazalara ziyan dəyib, hücum edənlərin hərbi obyekti hədəfə alması ehtimal olunur.

    Məlumata görə, hadisədən sonra hücumu törətməkdə şübhəli bilinən silahlı şəxslərlə hərbçilər arasında atışma olub.

    Digər təfərrüatlar açıqlanmır.