DSX İrandan narkotik keçirilməsinin qarşısını aldı
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam еtdirilir
Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş iki ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kiloqram 880 qram marixuana, 3 kiloqram 250 qram tiryək və 2000 ədəd “Metadon M-40” psixotrop həbləri) aşkarlanaraq götürülüb.