Ali Attestasiya Komissiyasının katibi ev dustağıdır
Əliyev Şəfa Tiflis oğlu cinayət məsuliyyətinə cəlb edilib
Ali Attestasiya Komissiyasının akademik katibi Əliyev Şəfa Tiflis oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ş.Əliyevin işlədiyi strukturun vəzifəli şəxslərinin qərarlarına təsir etmək imkanından istifadə edərək “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək” pul mükafatı müqabilində müxtəlif şəxslərə elmi dərəcələr verilməsinnə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair əsaslı şübhələr var”.
Toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə onun barəsində vəzifəsindən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.