Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.
Bu barədə DSX məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
1 dəqiqədən az