Politoloq Nəzakət Məmmədova casusluqda ittiham olunur
N.Məmmədova saxlanılıb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib
Politoloq Nəzakət Məmmədova bir neçə ildir ki, sosial şəbəkələrdə Rusiyanın xeyrinə fəal təbliğat aparır.
Azərbaycan xüsusi xidmət orqanları onun fəaliyyətini Rusiya Federasiyasına casusluqda ittiham etmək üçün əsas kimi qiymətləndirib.
Xüsusi təyinatlılar N. Məmmədovanı saxlayıblar və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.