88 yaşlı kişi gəlinini ov tüfəngi ilə vurub
Qətli törətdikdən sonra intihara cəhd edən qayınata hazırda xəstəxanadadır
Bakıda 88 yaşlı kişi mübahisə zamanı gəlinini ov tüfəngi ilə vurub.
Hadisə rayonun Mərdəkan kəndində baş verib.
Səhər saat 9 radələrində polisə məlumat daxil olub ki, 59 yaşlı Gülnarə Dadaşova qayınatası Yaşar Dadaşov tərəfindən güllələnib.
Qətli törətdikdən sonra intihara cəhd edən şəxs hazırda xəstəxanadadır.