XƏBƏRLƏR / Kriminal

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Bu barədə "Sputnik Gürcüstan" xəbər yayıb

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

    Qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

    Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

    Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

    Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlqıdan məhrumetmə cəzası tətbiq edilir.