Ukrayna Azərbaycana sataşan Nikolay Valuyevi axtarışa verdi
Rusiya Dövlət Dumasının deputatı "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə ittiham olunur

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.
Ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə qiyabi ittiham irəli sürülüb.