XƏBƏRLƏR / Kriminal

Salyanda məktəbə “Molotov kokteyli” atan 2 nəfər tutulub

Əvvəllər dəfələrlə məhkum olunmuş M. Əhədov və tanışı M. Hüseynov saxlanılıb

Salyanda məktəbə “Molotov kokteyli” atan 2 nəfər tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Salyanda məktəbə “Molotov kokteyli” atılıb – 2 nəfər saxlanılıb

    Oktyabrın 26-da gecə saatlarında Salyan rayonundakı orta məktəblərdən birinin binasına “Molotov kokteyli” atılıb, məktəbin əmlakına ziyan dəyib.

    Polis hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M. Əhədovu və tanışı M. Hüseynovu saxlayıb.

    İlkin məlumata görə, onlar məktəblərdə vahid geyim qaydalarına qarşı çıxdıqları üçün bu addımı atıblar.