XƏBƏRLƏR / Kriminal

Beyləqanda avtomat və qumbara tapıldı

DİN xəbər verir

Beyləqanda avtomat və qumbara tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

    Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd "AK-74" silahını, 2 ədəd "F-1" və 1 ədəd "RQN-D" əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

    Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.