XƏBƏRLƏR / Kriminal

Sumqayıtda qadın qadını bıçaqlayıb

Hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb

Sumqayıtda qadın qadını bıçaqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.