"Qanuni oğru" Şakro Molodoy vaxtından əvvəl azadlığa çıxdı
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib
!["Qanuni oğru" Şakro Molodoy vaxtından əvvəl azadlığa çıxdı](/uploads/images/2024/03/rs/image_750x_6606add779fb6-750-1080-resize.webp)
Kriminal avtoritet və "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.
O, şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Zaxari Kalaşov Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinərək 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.