Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı kriminal başçıların toplantısına müdaxilə edib.
Moskva yaxınlığındakı Mıtişidə xüsusi tədbirlər nəticəsində 50-yə yaxın adam saxlanılıb. İlkin məlumatlara görə, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında, əsasən, Azərbaycandan olan kriminal şəxslər toplaşıblar. Saat 16.00-a yaxın Rusiya Qvardiyasının polis maşınları restorana yaxınlaşıb. Ərazi mühasirəyə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, restorana gələnlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar, Baza yazır. Ümumilikdə 48 azərbaycanlı, iki Dağıstan vətəndaşı və bir Ermənistan və Tacikistan nümayəndəsi saxlanılıb. Onların telefonları, həmçinin beş travmatik tapança və hətta bir “Saiga” karabini müsadirə edilib. Həbslərdə ümumilikdə yüzə yaxın təhlükəsizlik işçisi iştirak edib.