XƏBƏRLƏR / Kriminal

Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib

Hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb

Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yevlaxda qətl törədilib.

    Hadisə bu gün səhər saat 7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə alınıb.

    Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu Rəsulov torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə qətlə yetirib.

    Ə. Rəsulov saxlanılaraq istintaqa təhvil verib.