SOCAR-ın İstanbul ofisinə hücum edənlər həbs edilib
Bu barədə Türkiyə mətbuatı xəbər verir
SOCAR-ın İstanbul ofisinə hücum edənlər türk polisi tərəfdən müəyyən olunub və həbs ediliblər.
Türkiyə polisi SOCAR-ın ofisinə basqın edən “Min Gənc Fələstin Uğrunda” qrupunun 10 üzvünü həbs edib və saxlanılıb.
Hücum Türkiyədə yerləşən və İranın dəstəklədiyi qruplar tərəfindən təşkil edilib. Bu qruplar bir neçə aydır ki, sosial şəbəkələrin Türkiyə seqmentində “SOCAR İsrailə neft satır” bəhanəsi ilə Azərbaycana qarşı kampaniya aparır.