XƏBƏRLƏR / Kriminal

DİN və DSX Cəlilabadda əməliyyat keçirib

Axtarışda olan şəxs saxlanılıb

DİN və DSX Cəlilabadda əməliyyat keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

    Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.