Erməni Qarabağda rusların müşayiəti ilə yenə silah daşıyır
Xankəndi-Qaybalı-Xəlfəli yolunda silah-sürsatın daşınması qeydə alınıb
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə cəhd edən erməni terrorçuların Xankəndində növbəti dəfə silah-sursatla hərəkətləri müşayiət olunub.
Axar.az xəbər verir ki, Xankəndi-Qaybalı-Xəlfəli yolunda silahların daşınmasını təsdiqləyən görüntülər qeydə alınıb.
Videoda Rusiya sülhməramlılarının qeyri-qanuni erməni birləşmələrini müşayiət etdiyi və onlara silah daşımağa kömək etdiyi də görünür.