XƏBƏRLƏR / Kriminal

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar YENİLƏNİB

DİN xəbər verir

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

    DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, qaynaq işləri apararkən ehtiyatsızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

    Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

    ***

    19:25

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Oratağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Qurumun mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

    Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.