XƏBƏRLƏR / Kriminal

“Crocus City Hall”dakı terrora görə 11 nəfər saxlanılıb

Bu barədə Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Aleksandr Bortnikov deyib

“Crocus City Hall”dakı terrora görə 11 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:11

    “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı ilə əlaqədar 11 nəfər, o cümlədən 4 terrorçu saxlanılıb.

    Bu barədə Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzə edib.

    Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 93 nəfər ölüb, 100-dən çox yaralanan var.

    Avtomobil Ukrayna ilə sərhəddən bir neçə on kilometr aralıda, Navlinski rayonunda tutulub. İçəridə üç Tacikistan vətəndaşı və bir Rusiya pasportu olan bir vətəndaş olub:

    — Nəsridinov Məhmədrəsul 37 yaş.
    — İsmonov Rivojidin 51 yaş.
    — Safolzoda Şohinccon 21 yaş.
    — Nəzərov Rüstəm 29 yaş.

    Dayandıqdan sonra ikisi dərhal qaçıb, ikisi saxlanılaraq dindirilib.

    ***

    Bryansk vilayətində "Crocus City Hall"a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb. "Baza" yazır ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Tyoplı kəndi yaxınlığında saxlanılıb.

    Qeyd edilir ki, ilkin məlumatlara görə, avtomobildə 6 nəfər olub: 2 nəfər saxlanılıb, daha 4 nəfər qaça bilib. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik əməkdaşları işləyir - onların terror aktında iştirakı yoxlanılır.