XƏBƏRLƏR / Kriminal

Separatçı xunta qorxusundan qadını qabağa verdi

İlham Əliyevin Laçında səsləndirdiyi ultimatuma qondarma "prezidentin" oyuncaq "mətbuat katibi" cavab verdi

Separatçı xunta  qorxusundan qadını qabağa verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hər bir səhv hərəkətlərinə görə ciddi məsuliyyət daşıyacaqlarını anlayan Xankəndidəki "kişilər" Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərində separatçı xuntaya ünvanlandırdığı ultimatuma cavab vermək üçün Lusine Avanısyan adlı qadını qabağa veriblər.

    Özünü "mətbuat katibi" kimi qələmə vərən bu zavallı qadın Azərbaycan Prezidentinə güya cavab verir: "Prezident" və "Milli Assambleya" (!!!:) Artsax xalqının demokratik prinsiplər əsasında və Artsax Respublikasının "Konstitusiyası" əsasında alınmış əsas mandatına malikdir. Və Azərbaycan Prezidenti yaxşı bilir ki, bu dövlət qurumları Artsaxın subyektivliyinin əsas mənbəyidir və belə tələblərlə əslində bu qurumların qanuniliyini və əhəmiyyətini qəbul edir."

    Qadının, çox güman ki, özünün də anlamadığı fikirləri səsləndirməsi Prezidentin ultimatumuna rədd cavabı vermək kimi qiymətləndiriləcək və ən azı bu yazıq qadın heç bir amnistiyaya düşməyəcək. Amma onu bu pis yola çəkən "kişilər" yəqin ki, hələ bağışlanmağa ümid edirlər.