XƏBƏRLƏR / Kriminal

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər saxlanılıb

Türkiyə KİV-i xəbər verir

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində daha 22 nəfər saxlanılıb.

    Saxlanılanlar arasında aktyor Enis Arikan, aktrisa Beren Saat və müğənni Kənan Doğulu da var.

    Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra ifadə vermək üçün Narkotik Cinayətləri ilə Mübarizə İdarəsinə aparılıblar.

    Bununla yanaşı, istintaq çərçivəsində daha əvvəl saxlanılan bəzi məşhurların narkotik testlərinin nəticələri açıqlanıb. Məlumata görə, Mabel Matiz, Tarık Tunca Bakır, Aycan Yağcı, Eda Dora, Aslıhan Turanlı, Volkan Bahçekapılı və Yasemin İkbalın analizlərində kokain aşkarlanıb.